Dövlətimiz gücləndikcə düşmənlərimiz daha aqressiv olur - ÖZƏL

"Dövlətimiz gücləndikcə düşmənlərimiz daha aqressiv formada ölkəmizə qarşı fəaliyyətlər icra edir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bizlər isə hər daim dövlətimizin və cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməklə düşmənlərimizin bütün əməllərini dəmir yumruqla dəf etməliyik.

AVP rəsmisi qeyd edib ki, YUNESKO işğal dönəmində Qarabağda ermənilər tərəfindən məhv edilən mədəni irsimiz barəsində heç bir bəyanatla çıxış etmədi, işğaladan sonra məhv edilmiş tarixi abilərimizin real mənzərəsi ilə maraqlanmadı: "Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatlardan olan UNESKO-da fəaliyyətini sonlandırmaqla onlara öz etirazını bildirmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31