Vardanyan separatizmi inkişaf etdirir - ÖZƏL

"2020-ci il  10 noyabr  üçtərəfli Bəyanatının tələbləri Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları tərəfindən  yerinə yetirmədiyi göz qabağındadır. Qanunsuz silahlı dəstələrin tərksilah edilməməsi nəticəsində Xankəndində  qalmış erməni silahlı tör-töküntülərinin təxribatları daha da artıb". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirlinin sözlərinə görə, heç kimdə şübhə doğurmur ki, Ruben Vardanyanın Qarabağa gətirilməsi Rusiyanın planlarının tərkib hissəsi olub: "Bu gün həmin Vardanyan bölgədə sülhə mane olmaqla bərabər, yerli əhalini qızışdıraraq separatizmi inkişaf etdirir. Azərbaycan ərazisi olan Xankəndində  mitinq təşkil edir. Hətta insanları müharibəyə səsləyir. O,  tvitter hesabında Monte Melkonyandan örnək götürməyi tövsiyə edərək Azərbaycanın təbii sərvətlərini qanunsuz şəkildə istismar edən şirkətin işçiləri ilə görüş zamanı deyib ki, vəziyyətdən iki çıxış yolu var. Ya döyüşməlisiniz, ya da ki, Qarabağı tərk etməlisiniz. 
Dinc azərbaycanlıların  qatili olan, terrorçu Monte Melkonyana simpatiya bəsləyən, bölgəni yenidən müharibə meydanına çevirmək istəyən Ruben Vardanyanın nəinki Qarabağda, hətta azadlıqda qalması sülhə, Azərbaycanın ərazi bütövlüyünə təhdiddir, təhlukədir. Belə canilər həbs olunmalı və onun həbsi ilə bağlı beynəlxalq arenada geniş izahat işi aparılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31