Xalqın İlham Əliyevə olan inam və etimadı daha da güclənib
17 İyul 2013 16:18 Siyasət"Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov partiyanın Qobustan rayon təşkilatının fəalları ilə görüşündə deyib. Bildirib ki, məhz bu siyasətin nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib: "Bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ona görə də, insanlar növbəti seçkilərdə yenə də cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər". Əli Əhmədov onu da bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə partiya fəallarını səfərbər etməkdir.