SEPAH terror təşkilatı kimi rəsmən tanınmalıdır - Politoloq

"Güney Azərbaycan məsələsi daima gündəmdə saxlanmalı, güneyli fəallara ciddi dəstək verilməlidir. Cənubi Azərbaycandan olan fəallara xaricdə diaspora ətrafında birləşməsi üçün işlər həyata keçirilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq, MCP sədrinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın teokratik və terror hökuməti Azərbaycanın təhlükəsizliyi üçün təhdiddir: "Azərbaycan SEPAH-ı terror təşkilatı kimi rəsmən tanımalıdır. Qarabağda Azərbaycan əleyhinə iş aparan terrorçu qruplara İran dəstək verir. İranın Avropaya nəfəsliyini Azərbaycan və Türkiyə kəsməlidir. Gürcüstanı da bu prosesə qoşaraq İranı iqtisadi blokadaya almaq lazımdır. İran müsəlman qoşunları və uzaq olmayan müsəlman ölkələrinə qarşı düşmən siyasət aparır. Zəngəzur dəhlizini açıb İranı bundan da məhrum etməliyik. İsrail və ABŞ növbəti aylarda İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Yaxın Şərqdə və bizim regionumuzda sülhün və təhlükəsizliyin təməli qoyulacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31