Şəhidin həyat yoldaşı Prezidenti TƏBRİK ETDİ

Olaylar.az xəbər verir ki, aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova təbriklərini belə çatdırıb:

"Mən şəhid ailəsi kimi Prezidentə təşəkkür etmək istəyirəm. O daim şəhid ailələrinə diqqət göstərir. Bu gün şəhid övladları ataları olmasa da, özlərini atasız hiss etmirlər. Onların arxayın böyüdürük. Cənab Prezident şəhid ailələrinin, övladlarının arxasında durub. O daim cəmiyyəti də öz hərəkətləri ilə şəhid ailələrinin yanında olmağa çağırır. Mən onu ürəkdən təbrik edirəm, cansağlığı, uzun ömür arzu edirəm. Gün o gün olsun doğum gününü Xankəndidə qeyd etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31