Əminik ki, sizin Böyük Azərbaycan üçün atacağınız daha çox addımlar vardır-TUMİB SƏDRİ
24 Dekabr 2022 13:18 Siyasət"Güclü, zəkalı, uzaqgörən liderin bir millətin qədərində nə qədər böyük təsirinin olduğunu günbəgün idrak etməkdəyik. Siz bu dövlətin, millətin taleyində incə hesablanmış geosiyasi gedişləriniz və idarəetmə qabiliyyətiniz ilə yeni bir səhifə açdınız. Dişi qana batmış canavarların gözləri bu əziz vətənin hər daim üzərində ikən balanslaşdırılmış siyasət ilə maksimum uzaqlaşdırmağı bacardınız".
"OLAYLAR" xəbər verir ki, bu fikirlər Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Tural Əfəndinin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə ünvanladığı təbrik mətnində yer alıb. İctimai Birlik sədri qeyd edib ki, dünyada müsəlmanlar daim əzilərkən, kafir üzərində böyük bir qələbə qazanaraq başda azərbaycanlılar olmaq üzrə bütün Türk İslam coğrafyasına böyük ruh yüksəkliyi qazandırdınız: "On illərdir dövlətin ən stratejik nöqtələrinə yerləşməyə can atan xain şəbəkələri çökdürdünüz və çökdürməkdə davam edirsiniz. Əminik ki, sizin Böyük Azərbaycan üçün atacağınız daha çox addımlar vardır.
Əziz prezident! Sizə yeni doğum gününüzdə möhkəm cansağlığı, uzun ömür, yüksək əhval ruhiyyə arzu edirəm. Doğum gününüz mübarək olsun".