Əhməd Davudoğlu: "Qafqazda sülh və sabitlik üçün Azərbaycan əraziləri azad edilməlidir"

Qafqazda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Davudoğlu bildirib: "Bu gün Bakıda məhsuldar görüşlər keçirdik. İki ölkənin Xarici İşlər nazirliklərinin diplomatik işçiləri arasında təcrübə mübadiləsi haqqında razılıq əldə edilib".
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və dünyada iki ölkənin belə sıx əməkdaşlığının nümunəsi yoxdur. Nazir deyib: "Əməkdaşlığa dair böyük planlar mövcuddur və artıq bizdə ölkələrimiz arasında bu əməkdaşlığın praktiki nəticələri var". Davudoğlu qeyd edib ki, artıq noyabrda Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00