Putin Azərbaycana rəsmi səfər edəcək
16 İyul 2013 20:54 SiyasətRusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə SalamNews-a diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, səfər avqustun 12-13 tarixlərinə planlaşdırılıb. Səfər zamanı iki ölkə arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək bir sıra sənədlər imzalanacaq.
İmzalanacaq sənədlər sırasında SOCAR ilə "Rosneft" arasında əməkdaşlıq Sazişinin imzalanması da nəzərdə tutulur. Belə ki, iki ölkə arasında neft-qaz sahəsində yeni sazişin imzalanması ilə əlaqədar danışıqlar prosesi sürətləndirilib və hazırda bu sahədə əməkdaşlığın bütün mümkün variantlarına baxılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00