Boykot taktikası Azərbaycanda səmərə vermir

"Seçkiləri boykot etmək dinc mübarizənin ən təsirli üsullarından biri olsa da, lakin Azərbaycanda boykot taktikasından istifadə etmək səmərə vermir". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, boykot uğurlu taktika deyil: "1998-ci ildə müxalifətin bir kəsimini özündə cəmləşdirən SİDSUH adlı qurum prezident seçkilərini boykot etdi. Lakin ölkə əhalisi bu boykotu dəstəkləməyərək seçkilərdə fəal iştirak etdi. Proseslər bir daha göstərdi ki, boykot taktikası uğurlu taktika deyil". AMİP rəsmisi deyib ki, prezident seçkilərini  boykot etmək barədə səslənən fikirləri də ağlabatan hesab etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00