Şahnazaryandan iddia

“Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yeni təkliflərin irəli sürülməsinə ehtiyac var”

"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vəziyyət dalana dirənir. Yaxın müddətə baş tutması gözlənilən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündəki əsas məqsəd yaranmış çətin vəziyyətdən çıxış yolunu tapmaqdır". Erməni politoloq Qrant Məlik-Şahnazaryan İrəvanda keçirdiyi mətbuat konfransında belə deyib. Şahnazaryan bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşməsindən və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səsləndirdiyi fikirlərdən sonra bu istiqamətdə lazımi nəticələr əldə etmək mümkün olmadı: "Ən yaxşı halda bu ilin sonuna kimi keçirilməsi planlaşdırılan prezidentlərin görüşünə ümid etmək qalır. Minsk Qrupu həmsədrlik edən ölkə prezidentlərinin danışıqlarında "Madrid prinsipləri"nin yer almaması onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni təkliflərin irəli sürülməsinə ehtiyac var". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00