“Milli Şura Müsavatın qərarlarına tabe olmayacaq”

Zərdüşt Əlizadə: “Bütün hallarda hər iki tərəf öz iddiasından geri çəkilməyəcək”

"Milli Şuranın öz namizədi, Müsavat Partiyasının isə öz namizədi var. Bu da Milli Şura daxilində müəyyən ziddiyyət yaradır". Milli Şura üzvü Zəfər Quliyev mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, hər iki tərəfin öz namizədini irəli sürməsi Müsavat və Milli Şura arasında müəyyən ziddiyyətlər ortaya qoya bilər: "Müsavatın İsa Qəmbərin namizədliyini qüvvədə saxlaması partiyanın şəxsi mövqeyidir. Milli Şura da Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində dayanır. Milli Şura Müsavat Partiyasının qərarlarına tabe olmayacaq. Müsavat Milli Şuraya daxil olanda qurum Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmüşdü. Buna görə də partiya Şuranın vahid namizədinə qarşı heç bir etiraz irəli sürmədi. Bütün hallarda hər iki tərəf öz iddiasından geri çəkilməyəcək. Bu çərçivədə Milli Şura ilə Müsavat partiyası arasında müəyyən fikirayrılığı olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00