Müsavat-AXCP davası Masallıya sıçradı
16 İyul 2013 13:41 SiyasətVətəninfo.az olaraq Facebook-da Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının AXCP rəsmilərini hədəf alan kəskin açıqlamasını yaydıqdan sonra hər iki partiyanın Masallı rayon təşkilatının üzvlərindən redaksiyanın ünvanına məktublar göndərilib. İlk olaraq biz də AXCP üzvü olduğunu iddia edən və adını, soyadını G.D. olaraq qeyd edən şəxsin göndərdiyi məktubu təqdim edirik.
AXCP Masallı rayon təşkilatının üzvləri olduqlarını iddia edənlər bildirirlər ki, Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu iqtidarın adamıdı və o, Masallıda özünü müxalif təşkilatın sədri kimi deyil, hakimiyyətin adamı kimi aparır.
Email adresimizə göndərilən məktubda bildirilir ki, Müsavatın Masallı rayon təşkilatının sədri, iqtidarın adamı olmasaydı, rayon rəhbərliyi onun yolunu həyətinə kimi asfalt örtüklə asfaltlamazdı.
Bununla yanaşı, X.Səfəroğlunun yaxın qohumları məhz onun sayəsində qeyri-qanuni olaraq səhiyyə sahəsində bizneslə məşğuldurlar və onların bu fəaliyyətinə hər hansı bir əngəllər yaradılmayıb. Hətta X.Səfəroğlunun yaxın qohumları qeyri-qanuni şəkildə rayon rəhbərliyinin birbaşa göstərişi ilə pensiya və müavinatla təmin olunmazdılar.
"Bu gün hansı cəbhəçinin belə bir imkanı var? Amma X.Səfəroğlu pul içində üzür, yediyi önündə, yemədiyi yanıda, qohum-qardaşının dolanışığı hakimiyyət məmurlarınınkından fərqlənmir".
Müsavat Partiyası üzvü olduğunu iddia edən Z.Kazımovun imzası ilə göndərilən məktibda isə deyilir ki, son günlər AXCP üzvlərinin Müsavat Partiyasına və partiyanın sədri İsa Qəmbərə və digər rəsmi şəxslərə qarşı ortaya qoyduqları oyunbazlıqlar, "Yurd" Təşkilatının əvvəllər həyata keçirdiyi oyunların tərkib hissəsidi.
Göndərilən məktubda vurğulanır ki, AXCP üzvləri təkcə mərkəzdə deyil, ölkənin müxtəlif bölgələrində də Müsavat Partiyasına qarşı əks-mövqedə dayanıblar. Bunun bariz nümunəsi kimi isə AXCP Masallı rayon təşkilatının fəaliyyətidi.
"Bir-iki nəfərdən ibarət bu AXCP üzvləri Məmmədağa Eynullayevin sədrliyində başdan-başa iyrəc bir oyunbazlığın içərisindədirlər. Heç bir fəaliyyətləri olmayan, müxalifət anlayışına davamlı kölgə salan Məmmədağa Eynullayev və onunla birlikdə olanlar görün hansı bir rəzalətin sahibidirlər ki, işləri-gücləri insanları aldatmaq, digər siyasi müxalif partiyaların arxasınca danışmaqdı.
Bu ilin may ayında rayonun bir qrup fəhləsini Fuad Qəhramanlı ilə görüşə pul müqabilində gətirmələrinə baxmayaraq, onları aldatmış və pullarını verməmişlər. Bu da cəbhəçi anlayışının bariz nümunələrindən biri. Artıq həmin fəhlələr həm Fuad Qəhramanlını, həm də Məmmədağa Eynullayevi məhkəməyə verib haqlarını tələb edirlər. Biz sadəcə olaraq AXCP üzvlərini Müsavat Partiyasına ləkəyaxmaları dayandırmağa və Yurd-çuluq anlayışından çıxaraq normal müxalifət olmağa çağırırıq. Buna güçünüz yoxdursa, buyurun gəlin biz sizi bu yolda öyrədərik". Vətəninfo.az