“Mursinin devrilməsini ABŞ-dan Vatikan kilsəsi istəyib” - Cümşüd Nuriyev

“İsrail və ABŞ-ın planlarının həyata keçirilməsinə “Müsəlman qardaşları”nın icazə verəcəyi inandırıcı görünmür”

Misirin "Müsəlman qardaşları" hərəkatının lideri Məhəmməd Bədii Məhəmməd Mursi hakimiyyətə gələnə qədər mübarizə aparacaqlarını bildirib. Politoloq Cümşüd Nuriyev hesab edir ki, "Müsəlman qardaşları"nın mübarizə aparmaqdan başqa çıxış yolu yoxdur. Təşkilat hakimiyyətə gələndən sonra Misirin Fələstinlə yaxınlaşması və yenidən Ərəb dünyasının liderinə çevrilməsi İsraili şox narahat edirdi. C.Nuriyevin sözlərinə görə İsrailin təkidilə ABŞ Misirdə dövlət çevrilişini həyata keçirdi. Uzun müddət ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində çalışan, xristian əsilli Məhəməd əl-Bəradeyi ölkənin vitse-prezidenti kimi çıxış edir və Ağ Ev onun prezident olmasına çalışır: "Bəradeyinin Misirdə dövlət başçısı keçməsi həm İsrailin maraqlarına uyğun gəlir, həm də ABŞ-ın Yaxın Orta Şərq siyasətinə uyğundur. Daha çox İslam qaydalarına üstünlük verən Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsi ABŞ və Qərbin müttəfiqləri sayılan Oman, Bəhreun, Səudiyyə Ərəbistanı və Qətər kimi müsəlman dövlətlərini də narahat etməyə başladı. Həmin dövlətlərin də iştirakı ilə də Mursi hərbi çevrilişlər devildi. Bu isə xalqı qane etmir, çünki Misir ərəb dünyasının ən böyük dövlətidir. Ölkənin cəmisi 10%-i müsəlmanlardır. 80% müsəlman isə yenidən ABŞ-ın planlarının əsas iştirakçısı olduqlarını başa düşdüklərində sakit dayanmayacaqlar. Müsəlmanı müsəlmana qırdırmaq siyasəti ABŞ-ın ənənəvi taktikasıdır. Ağ Evin planlarında dünyada müsəlman artımının qarşısını almaq var. Çünki, hal-hazırda Xristian dünyasında depokuliyasiya gedir. Amerika politoloqlarının hesablamalarına görə 2025-ci ildə dünya əhalisinin 35%-ni müsəlmanlar təşkil edəcək. Dünya əhalisinin hər üç nəfərdən birinin müsəlman olması ABŞ-ı narahat edir. Ağ Ev də Vatikanın təkidilə bu cür qərarlar qəbul edir. Müsəlmanı müsəlmana qırdırmaq Vatikan kilsəsinin ABŞ qarşısında qoyduğu əsas vəzifədir. Misirdə baş verən hadisələr də eyni ssenariyə daxildir. Mursi tərəfdarlarının yenidən hakimiyyətə gəlmək şansları çox böyükdür. Ola bilər ki, hərbçilər bir müddət dövlət idarəçiliyini əlində saxlasınlar, amma onlar xalqla axıradək vuruşa bilməyəcəklər. Axırda hərbçilər xalqa uducaqlar. Proseslərin bir ay çəkəcəyi mümkündür. Çünki, Ramazan ayı müddətində silahlı qarşıdurmaların davam etməsi müvəqqəti hakimiyyətin məhvi olacaq. İsrail və ABŞ-ın planlarının həyata keçirilməsinə Müsəlman Qardaşlarının icazə verəcəyi inandırıcı görünmür. Bu müstəvidə siyasi hadisələrin qızışacağı mümkündür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00