“Əhməd Oruc qəbul edilən qərarları öz istədiyi kimi cəmiyyətə çatdırırdı”

"Məşvərət Məclisi çox kövrək əməkdaşlığı özündə ehtiva edən və yalnız tövsiyyə xarakterli qərarlar verən qurum idi. Demokratik Qüvvələr Birliyini yaratmaqda məqsədimiz isə ondan ibarətdir ki, tövsiyyə xarakterli qərarlardan yavaş-yavaş qərarların hamı üçün məcburi olduğu birlik formatına keçək". Belə bir açıqlama ilə  İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı çıxış edib. Partiya sədri yeni yaradılmış Demokratik Qüvvələr Birliyində Azadlıq Partiyasının təmsil olunmamasına da aydınlıq gətirib: "Əhməd Oruc  zaman-zaman Məşvərət Məclisinin çıxardığı qərarları özünün istədiyi kimi ictimaiyyətə çatdırırdı. Həmçinin Milli Şura ilə bağlı münasibətdə sərt açıqlamaları və mövqeyi Məşvərət Məclisində qəbul olunan qərarlarla ziddiyyət təşkil edirdi. Xüsusən prezidentliyə namizəd olmaqla yanaşı, MM-də vahid namizəd məsələsində razılaşmaması, onun yaranan DQB-dən kənarda qalmasına səbəb oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00