İsrail Amerikanı İrana qarşı müharibəyə təhrik edir - ÖZƏL
26 Noyabr 2022 20:52 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə politoloq Elbəyi Həsənli bildirib.
O qeyd edib ki:
"İsrail Amerikanı İrana qarşı müharibəyə təhrik edir
"The Times of Israel" yazıb ki, İsrail Müdafiə Nazrliyinin Baş Qərargah rəisi Aviv Kohavi ABŞ-da olub. General Mark Milley, Milli Təhlükəsizlik üzrə prezidentin məsləhətçisi Jake Sullivan və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) direktoru William Burns ilə görüşüb. "Müzakirələrdə İrana və onun bölgədəki terrorçu qruplarına qarşı əməliyyat planlarının və əməkdaşlığın sürətləndirilməsini tələb edən kritik bir məqamda olduğumuz barədə razılığa gəldik", Aviv Kohavi görüşlə bağlı belə deyib...
General bildirib ki, bir tərəfdən İran bir çox iqtisadi, hərbi və daxili təzyiqlər altındadır, digər tərəfdən isə öz nüvə proqramını genişləndirməkdə davam edir. İsrail ordusu İran təhdidinə qarşı bütün əməliyyat planlarını güclü şəkildə müdafiə edir.
Gördüyünüz kimi, İsrail ABŞ-la birlikdə İrana hərbi zərbə endirməyə çalışır. Bu, məsələ gündəmdədir. Ancaq belə bir hücum İrandakı nümayişlərə necə təsir edə bilər? Bu suala birmənalı cavab yoxdur...
ABŞ və İsrail İrana qarşı müharibəyə başlasa, Azərbaycan hansı mövqedə olacaq? Bu suala da cavab vermək çətindir. Ancaq bəlli olan odur ki, elə məntiq də onu deyir ki, Amerikanı İrana qarşı müharibəyə təhrik edən İsrail Azərbaycanı da onunla eyni səngərdə yer almağa çağırır..."