Ağdamda kəşfiyyat aparan düşmən kvadrokopteri vuruldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Olayla.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31