Azərbaycanın parlaq Qələbəsi əbədi Zəfər tariximizdir!

"Azərbaycanın 30 ilə yaxın müddət ərzində erməni işğalına məruz qalan Qarabağ ətrafındakı əzəli dədə-baba yurdu - doğma Kəlbəcər qədim tarixi keçmişə malik, zəngin təbiəti olan böyük coğrafiyanı əhatə edir. Bildiyimiz kimi Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Azərbaycanda 1990-cı illərin başlanığıcında cərəyan edən gərgin proseslər, ölkədə siyasi rəhbərliyin səriştəsizliyi, vətəndaş qarşıdurması və məmur özbaşınalığı kimi neqativ hallar nəticə etibarilə 20% torpaqlarımızın itirilməsinə səbəb olmuşdur.Beləliklə baş verən gərgin proseslər nəticəsində Kəlbəcər 1993-cü il aprelin 2-də vandalizm siyasətinə əsaslanan erməni təcavüzkarları tərəfindən işğal edilmişdir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib ki, Ulu öndər Heydər Əliyevin müdrikliyi nəticəsində 1994-cü ildə Atəşkəsi elan edən Bişkek müqaviləsinin imzalanması ilə erməni təcavüzünün qarşısı alınmışdır:

"Dahi şəxsiyyət olan Heydər Əliyev prezidentlik fəaliyyəti dövründə Azərbaycanı uğurlu inkişaf yoluna çıxarmışdır. Müdrik siyasəti layiqincə davam etdirən və Azərbaycana 2003-cü ildən rəhbərlik edən möhtərəm Prezident İlham Əliyev 19 il ərzində ölkəmizi inkişafın pikk həddinə çatdırmağı bacaran güclü liderdir. Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycanda bütün sferalarda saysız-hesabsız uğurlara imza atıldı. İctimai-siyasi, sosial-iqtisadi, humanitar və digər bütün sahələrdə Azərbaycan böyük nailiyyətlər qazandı. Ən böyük uğurlardan biri məhz Vətən müharibəsində əldə olunan parlaq Qələbədir. Partiyamızın Sədri, Ali Baş Komandan cənab İlham Əliyevin düzgün hesablanmış müdrik siyasəti və Azərbaycan Ordusunun cəsarəti,rəşadəti hesabına 30 illik erməni işğalına və vandal siyasətinə son qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. 44 günlük Vətən müharibəsində doğma torpaqlarımız bir-birinin ardınca düşməndən təmizləndi və erməni tərəfi məhv edilib, özünün kapituliyasiya aktını imzaladı".

Hakim partiya rəsmisi qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir:

"15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi.Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Azərbaycan bugün haqq-ədaləti, beynəlxalq hüququ öz gücü hesabına həll etmiş qüdrətli dövlətdir. Ölkəmizin maraqlarına qarşı hansısa revanşist qüvvələr baş qaldırarsa, o zaman qarşılarında sarsılmaz olan Prezident-Xalq-Ordu birliyini görəcəklər.İftixar hissi ilə qeyd edə bilərm ki, bizim müstəqilliyimiz, ərazi bütövlüyümüz əbədidir və möhtərəm Sədr İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Yeni Azərbaycan Partiyasının bənzərsiz siyasəti Azərbaycanın maraqlarını layiqincə təmin edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31