Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri 6-cı Beynəlxalq Bankçılıq Forumunda iştirak edib - FOTO

BMqT-nin Azərbaycan nümayənədliyinin təmsilçiləri 24-25 noyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən 6-cı Beynəlxalq Bankçılıq Forumunun (BBF) işində iştirak ediblər.

Forumun "Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru" mövzusunda keçirilmiş panel müzakirəsində BMqT-nin Azərbaycan nümayəndəliyi tərifindən Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı və BMqT İnkişaf Fondunun maliyyə dəstəyilə icra edilən "Azərbaycanda Pul Köçürmələrinin Sosial-İqtisadi Təsirlərinin Artırılması" layihəsi təqdim edilmişdir. BMqT-nin beynəlxalq eksperti, adı çəkilən layihənin tədqiqat qrupunun rəhbəri Anna Proxorova pul köçürmələri ilə bağlı hökumətin siyasəti, strategiya və qaydalarının, habelə rəqəmsal pul köçürmələri ilə əlaqədar mövcud infrastruktur, texnologiya və modellərin qiymətləndirilməsi üzrə sözügedən layihə çərçivəsində hazırlanmış hesabatın nəticələrini təqdim etmişdir. Bununla yanaşı, çıxış zamanı   rəqəmsal pul köçürmələrinin və bununla bağlı maliyyə xidmətlərinin artırılması barədə təkliflər səsləndirilmişdir.

Qeyd edək ki, forumda ABŞ, Türkiyə, Avropa İttifaqı, MDB, Yaxın Şərq və digər ölkələrdən olan dövlət qurumları, kommersiya bankları, şirkətlər, o cümlədən fintek təssisatları, beynəlxalq maliyya institutları və qeyri-hökümət təşkilatlarının 1000-dən artıq nümayəndəsi iştirak edir.

Adıçəkilən iki illik layihənin əsas məqsədi Azərbaycanlı emiqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.

Representatives of IOM Azerbaijan participated at the VI International Banking Forum

Representatives of IOM Azerbaijan participated at the VI International Banking Forum organized by the Azerbaijan Banks Association, Central Bank and Center for Analysis of Economic Reforms and Communication on 24-25 November 2022.

IOM Azerbaijan's international consultant, project's research team lead, Ms. Anna Prokhorova has presented "Enhancing the Socioeconomic Benefits of Remittances in Azerbaijan" project implemented by the IOM Azerbaijan with the support of the State Migration Service and funding from the IOM Development Fund during the panel discussion of the conference on "Payments: Moving From Easy To Super Fast And Super Seamless". She presented the findings of the assessment on the governments' policies, strategies, and regulations, as well as the existing infrastructure, technology, and models pertaining to digital money transfers conducted in the framework of the project. Furthermore, during her speech, recommendations regarding the growth of digital remittances and adjacent financial services were given.

The Forum, which lasted for two days, was attended by more than 1000 participants representing government agencies, commercial banks, businesses, including fintech companies, international financial institutions and non-governmental organizations from the USA, Turkey, European Union, CIS, Middle East and other countries.

The overall objective of the 2-year project is to contribute towards greater financial inclusion and use of digital financial services among Azerbaijani migrants abroad and migrants in Azerbaijan, and remittance recipients in Azerbaijan and abroad how to support sustainable livelihood development. This project is implemented with funding from the IOM Development Fund and in cooperation with the State Migration Service of the Republic of Azerbaijan.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31