Prezident İlham Əliyev: İsraildə səfirlik açılması qərarı milli maraqlarımıza əsaslanıb
25 Noyabr 2022 18:30 Siyasətİsraildə səfirlik və Fələstində nümayəndəlik açılması haqqında qərar bizim milli maraqlarımıza əsaslanıb.
Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bunu noyabrın 25-də "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bəyan edib.
Dövlət başçısı deyib: "Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzunmüddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31