Yaşayış minimumu 246 manat oldu
25 Noyabr 2022 15:00 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında "2023-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi II oxunuşda qəbul edilib. "Olaylar" xəbər verir ki, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31