“Sosial sahəyə dəstək artırılacaq” - Nazir
25 Noyabr 2022 15:15 Siyasət"2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. "Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq", - deyə nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31