İşsizlikdən Sığorta Fondunun büdcəsi artırıldı

Milli Məclisdə "İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda təsdiqlənib. "Olaylar"xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Gələn il fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulur. Bu, cari ildəkindən 31,3 milyon manat və ya 17,3 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31