Prezident Brüssel görüşündən imtina etməklə doğru addım atmış oldu - ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə iştirakdan imtina etməsi doğru qərardır.
"OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Qrupdan bildirilib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyanatından sonra Azərbaycanla Ermənistan arasında keçirilən bütün görüşlər üçtərəfli formatda baş tutub və istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə baş tutan görüşlərə dördüncü bir tərəf qatılmayıb:
"Ancaq indiki halda Ermənistanın dekabrın 7-də Brüsseldə nəzərdə tutulan növbəti görüşdə Frabsa prezidenti Emmanuel Makronun da iştirakını tələb etməsi tamamilə əsassız və sülh danışıqlarını pozmağa yönəlmiş addımdır".
Analitik Qrup hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi Fransa heç bir halda danışıqlar prosesinə qatıla bilməz. Çünki bu ölkə sırf erməni maraqlarından çıxış edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31