“Qüdrət Həsənquliyevin dedikləri həqiqəti əks etdirmir” - NAZİR
25 Noyabr 2022 13:10 Siyasət"Deputat Qüdrət Həsənquliyevin Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi barədə fikri yanlışdır". "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. "Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. O təklif etmişdi ki, buna görə də, kişilərin pensiya yaşı aşağı salınmalıdır. Deputatın dedikləri həqiqəti əks etdirmir, statistikalar fərqlidir"- nazir bildirib.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev 65 yaşa qədər olan kişilərin sayının 47%-ə çatdığını bildirmişdi: "Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər".