Ermənilər mövqelərimizi sülhməramlıların yerləşdiyi ərazidən atəşə tutdu
25 Noyabr 2022 13:08 SiyasətNoyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31