“Azərbaycan vətəndaşları prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər”

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun partiyanın Qax rayon fəalları ilə görüşüb. "OLAYLAR"-ın partiyaya istinadən verdiyi xəbərə görə, görüşdə çıxış edən Əli Əhmədov bu ilin oktyabrında Azərbaycanda keçiriləcək president seçkilərindən danışıb. Bildirib ki, Azərbaycanın son 10 ildə keçdiyi yolu, sözün həqiqi mənasında, ölkəmizin bütövlükdə, bütün parametrlərə - iqtisadi, sosial, müasirləşmə, modernləşmə göstəricilərinə görə əzəmətli inkişaf mərhələsi adlandırmaq olar. Bu mərhələnin fundamental əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayandığını deyən Əli Əhmədov qeyd edib ki,   əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət dövlətə, xalqa, insana, eyni zamanda gələcəyə xidmət edir: "Bütün bunlar prezidentin yüksək imicinin formalaşmasına gətirib çıxarıb. Buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə bəyənir, dəstəkləyir və müdafiə edirlər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00