Deputat təmsil etdiyi rayonun problemlərini qaldırdı

Şamaxı 2023-cü il üçün türk dünyasının turizm paytaxtı seçilib. Bu səbəbdən rayonun problemlərinin həlli zərurətə çevrilib. "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Tamam Cəfərova deyib: "Rayonun Ərcivan, Qaleybuğrud, Keçməddin kəndləri yol və körpü infrastrukturu olmadığı üçün turizmdən kənarda qalıb, əhalisi köçüb. Bundan başqa, 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin böyük hissəsi qarşılansa da, evləri hələ də təmir edilməmiş sakinlər var. Həmçinin rayonun bir sıra kənd və qəsəbələrində ciddi su çatışmazlığı problemi var. Sabir və Şəhriyar qəsəbələrinin su-kanalzasiya sisteminin yenidən qurulması ilə bağlı problemlər qalmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31