Bakının ən yaxşı uşaq kitabxanası yararsız vəziyyətdədir - Deputat

Nəsimi rayonu, dördüncü mikrorayonda yerləşən kitabxana yararsız vəziyyətdədir. "Olaylar" xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib. Deputat xatırladıb ki, ölkədə bəlkə də ən yaxşı uşaq kitabxanası Ümumilli lider Heydər Əliyevin 1974-cü ildə inşa etdirdiyi və özünün də açılışında iştirak etdiyi 4 saylı kitabxanadır: "Hazırda kitabxana darmadağın vəziyyətindədir, minlərlə kitab itib-batır. Heç olmasa bu kitabları götürmək lazımdır ki, heyif olmasın".

Deputat Mədəniyyət Nazirliyinə yazılı müraciət etdiyini bildirib, eyni zamanda Bakı Mədəniyyət İdarəsinə də çağırış edib: "Xahiş edirəm ki, bu problem diqqətə alınsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31