Deputat tarixi şəxsiyyətlərə heykəl qoyulmasını təklif edib

Azərbaycanda bir neçə tarixi şəxsiyyətə heykəl qoyulması təklif edilib. "Olaylar" xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. "Azərbaycanda vətənpərvərliyi inkişaf etdirmək lazımdır. Şeyx İbrahimə, Hacı Çələbiyə, Cavanşirə heykəllər qoyulmalıdır. Qəbələ Albaniyanın paytaxtı olub və tarixi ərazi sayılır. Tarixi ərazilərə diqqət yetirilməlidir", - deputat çıxışında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31