SMA xəstələrinə yardım edilsin! - Deputat
25 Noyabr 2022 12:01 SiyasətBu ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1,9 milyard manat vəsait ayrılıb, bu da ötən illə müqayisədə 11 faiz çoxdur. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşiroğlu bildirib:"Amma mənim burada diqqət çəkəcəyim mövzu fərqlidir. SMA xəstələrinə dövlət tərəfindən diqqət olmalıdır. Hazırda Azərbaycanda 28 uşaqda bu xəstəlik mövcuddur. Hökumət üzvləri də buradadır, mən onlardan bu məsələyə diqqət yetirmələrini istəyirəm. Xəstəliyin müalicəsi üçün 2 milyon dollardan çox vəsait tələb olunur. Bunun ödənilməsi çox çətindir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31