İlham Əliyev: Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir
25 Noyabr 2022 11:08 SiyasətHesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31