Azərbaycanın diplomatik qələbəsi nəticəsində bayrağımız  Kəlbəcərdə dalğalanır - ÖZƏL

"Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının ikinci ildönümünü qeyd edir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Tamam Cəfırova deyib. Bildirib ki,  respublikamızın əsrarəngiz guşələrindən olan Kəlbəcər üçtərəfli Bəyanatın şərtlərinə əsasən 2020-ci il noyabrın 25-də ermənilər tərəfindən boşaldıldı: "Azərbaycan bununla hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycanın diplomatik qələbəsinin nəticəsi olaraq artıq 2 ildir ki, şanlı Azərbaycan bayrağı bir daha enməmək üzrə Kəlbəcərdə dalğalanır. Bir daha torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda öz canını qurban vermiş əziz şəhidlərimizi ehtiramla yad edir, Allahdan bir daha rəhmət diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31