Mirzə Sakit AXCP fəallarını ələ saldı
15 İyul 2013 16:24 SiyasətSatirik şair Mirzə Sakit gecə yatdığı yerdə qəribə yuxu görüb. Vaqeə haqqında "Facebook" dostlarına danışmaq istəyən Mirzə yazır: "Çox düşündürücü bir yuxu gördüm. Gördüm ki, Kəmalə Bənəniyarlıya seyidlik verilir, əvvəlcə mərsiyə deyirlər, sonra da sinədöymə başlayır. Kəmalə də deyir ki: "Çox sağ olun, amma bu seyidliyin Cəddini də verin daaa". Bir də görürəm ki, yekə bir tərəzidə Cədd çəkirlər və oradan bir nəfər Kəmaləyə deyir ki: "Sən get evə, əziyyət çəkmə, Cəddini "Qazel"ə yükləyib Arzuman Məcidli birbaşa evinizə gətirəcək". O tərəfdən də Cəbhəçi Ağaşirin Tanrıverdioğlu qışqırır ki: "Yox eee nə "Qazel"?! "Qazel"ə yerləşməz axı, KAMAZ tutmuşuq...". Allah özü xeyir eləsin....". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00