"Rusiyanı qarşıda daha betər günlər gözləyir" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Elbəyi Həsənli bildirib.

O qeyd edib ki:

"Putin Semen Pegov-un sinəsinə orden yapışdırdı

"WarGonzo" Telegram layihəsinin sahibi Semen Pegov-a Vladimir Putin orden verib. Bu orden rus dilinədə "О́рден Му́жества" adlanır, yəni göstərilən cəsarətə görə verilir...

Bu təltif həm də o deməkdir ki, Semen Pegov-un istər Azərbaycanda, istərsə də Ukraynada göstərdiyi təxribatların arxasında məhz Rusiya dövləti dayanıb. Və Rusiya belə təxribatçıların əli ilə öz dövlət maraqlarını həyata keçirib...

Belə murdar işlərlə məşğul olduğuna görə Rusiya bugündədir. Rusiyanı qarşıda daha betər günlər gözləyir..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31