Deputatlarımız İspaniya və Belçikada səfərdə olacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 26-dan 30-dək İspaniyanın Madrid şəhərindəsəfərdə olacaqlar. MM-dən "Olaylar"a bildirilib ki, deputatlarımız İspaniya parlamentində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparacaqlar.

Sonra Səməd Seyidovnoyabrın 30-dan dekabrın 3-dək Belçika Krallığının Brüssel şəhərində səfərdə olacaq.Komitə sədri Avropa Parlamentində bir sıra görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31