İndiki məqamda belə ideoloji yanaşmaya ehtiyac var idi - ÖZƏL

Siyasi partiyalarla bağlı qanun layihəsinə bir sıra dəyişikliklər edildi. "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, qanunların legitimliyi üçün ictimai müzakirələr vacib amildir: "Məlumdur ki, sentyabrın əvvəlindən başlayaraq siyasi partiyalarla bağlı yeni qanun layihəsi ekspertlər tərəfindən müzakirə edilməkdə idi. Nəhayət, bəlli oldu ki, geniş və fərqli formatda ictimai müzakirələrdə səsləndirilən fikirlər nəzərə alındı. Nəticədə, Azərbaycan dövlətçiliyinin gücləndirilməsi naminə daxili siyasi proseslərin əsasını təşkil edən seçkilər, siyasi partiyalarla bağlı vacib qanun qəbul ediləcək. İndiki məqamda belə ideoloji yanaşmaya ehtiyac var idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31