Paşinyanın KTMT qərarının pərdə arxası- ÖZƏL

"Nikol Paşinyan istər keçmiş iqtidar olsun, istər indiki iqtidar daxilində, erməni siyasi dairələrindəki ən ağıllı siyasətçilərdən biridir. Sarksiyan, Koçaryandan fərqli olaraq onun baxış bucağı sadəcə Moskva ilə sərhədlənməyib, dünyaya daha geniş aspektdən yanaşır və erməni maraqlarını qorumaq üçün beynəlxalq dəstək qazanmağa cəhd edir. 
Paşinyan yaxşı bilir ki, indi Moskva erməni maraqlarının qorunmasında əvvəlki qədər effektiv olmayacaq. Onun özü ölümcül yaralar alır, özünün xarici siyasətində həllini gözləyən onlarla həyati məsələ var. 
Ona görə də, Paşinyan indi Moskvanı məcbur etməyə çalışır ki, birdəfəlik İrəvanın maraqlarını təmin etsin, lazım gələrsə ermənilərə görə Azərbaycan və ümumiyyətlə türk dünyası ilə düşmən olmağı bacarsın. Bunu etməyəcəyi təqdirdə, Ermənistan Baş naziri əmin olmaq istəyir ki, Moskva ermənilərin özlərini qorumaq üçün Qərbə üz tutmasına isti baxsın". 

Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"KTMT-nin   bəyannaməsinin Paşinyan tərəfindən imzalanmaması da bunun bir sübutudur. Paşinyan bununla çalışır ki, Rusiyadan və KTMT-dən faktiki və effektiv dəstək alsın. Əgər bu mümkün olmasa, ən azından Qərbdəki erməni havadarlarından dəstək istəmək üçün yer qoyur.

Düşünmürəm ki, Nikol Paşinyan KTMT blokunu tərk etməyə çalışır. İndi bunu etmək riskli ola bilər. Çünki hər nə qədər Rusiya və Paşinyan arasında anlaşmazlıqlar olsa da, İrəvan fərqindədir ki, onu qoruyan əsas qüvvə elə Rusiya olaraq qalır. Sadəcə Paşinyan Rusiyanın güc itirdiyinin və təsirinin azaldığını görür və gələcəkdəki riskləri nəzərə alır. Risk odur ki, Rusiya tam şəkildə təsirini itirərsə, Ermənistanın riyakar addımlarını davam etdirməsi üçün yeni qoruyucuya ehtiyacı olacaq. Bu isə, Qərbdəki havadarları və İrandır. İndi Paşinyan vaxt qazanmağa və hadisələrin necə bitəcəyini gözləməyə, yanlız bundan sonra yekun qərarlar qəbul etməyə çalışır. 
Təbii Moskvada Paşinyanın bu addımları riyakarlıq olaraq qəbul ediləcək. Hər halda yaxın zamanlarda Rusiyanın Ermənistana öz yerini göstərmək üçün qabaqlayıcı addımlar atmasını gözləmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31