Azərbaycanın vərəmlə mübarizə təcrübəsi xarici ölkələrdə tətbiq edilir - ÖZƏL
24 Noyabr 2022 14:17 SiyasətƏdliyyə Nazirliyi tərəfindən məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının qorunmasına və tibbi təminatına xüsusi diqqət yetirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, təsadüfi deyil ki, bu sahədə vərəmlə mübarizədə dünyada örnək olan müsbət təcrübəmizdən artıq digər dövlətlər geniş bəhrələnirlər: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə Qərbi Avropa, Asiya, Afrika, Cənubi Amerika qitələrindən və postsovet məkanından 20-dən çox dövlətin nümayəndə heyətləri ölkəmizə səfərlər etmiş, vərəmlə mübarizədə təcrübəmizlə yerində tanışlıq olmuşlar. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31