Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcək
25 Noyabr 2022 10:43 SiyasətSon illərdə ölkədə bütün sahələrdə olduğu kimi siyasi sahədə də məqsədyönlü islahatlar həyata keçirilib. Həyata keçirilən islahatlar ölkədə siyasi konfrantasiyadan siyasi konfiqurasiyaya keçidi təmin edib, iqtidarla müxalifət arasında uzun illərdir ki, hökm sürən düşmənçilik münasibətlərinı demək olar ki, son qoyulub. Bu müsbət tendensiya özünü daha qabarıq şəkildə iki il bundan əvvəl başlamış və tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində göstərdi. Həmin ərəfədə ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti Azərbaycan dövləti və onun Ali Baş Komandanı, Prezident İlham Əliyevin yanında yer aldı, dövlətlə, aparılan mübarizə və müharibə ilə həmrəylik nümayiş etdirdi. Dünyaya göstərdi ki, milli maraqlar, dövlətçilik maraqları ön planda olarkən bütün siyasi baxışlar və digər mübarizələr arxa plana keçir.
Azərbaycanda siyasi konfiqurasiyanın mövcudluğu, onun hər ötən gün daha da möhkəmləndiyi bu günlərdə bir daha öz təsdiqini tapdı. Söhbət Yeni Azərbaycan Partuyasının yaranmasının 30 illik yubileyi və həmin yubiley toplatısına Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaların sədrləri, ümumiyyətlə bütün siyasi cameənin dəvət edilməsindən gedir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də iştirak etdiyi həmin yubiley tədbirinə ölkə müxalifətinin dəvət edilməsi həm də o deməkdir ki, bu siyasi iradə ölkənin birinci şəxsi tərəfindən ortaya qoyulub və birbaşa dövlət başçısı Azərbaycanda siyasi konfiqurasiyanın təmin olunması, inkişaf etdirilməsində maraqlıdır və bu istiqamətdə müvafiq addımlar atır. Elə Təkamül Partiyasının sədri Teyyub Əliyev də bu qənaətdədir. O bildirb ki, noyabr ayının 21-də YAP-nın yaradılmasının 30 illik yubileyi ilə əlaqədar tədbirə müxalif siyasi partiyaların sədrlərin dəvət edilməsini Təkamül Partiyası olaraq təqdir edir və bunu Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə formalaşan yeni siyasi kofiqurasiyanın daha da genişlənməsi və dərinləşməsi, 44 günlük Vətən müharibəsi dövründə əldə edilmiş milli birliyin qorunnnub saxlanılması və inkişaf etdirilməsi istiqamətində atılmış önəmli addım kimi dəyərləndirirlər. Onun sözlərinə görə, Vətən mühribəsi dövründə əldə edilmiş təcübə göstərdi ki, milli birlik bərqərar olan yerdə qarşıya çıxan istənilən problemi həll etmək mümkündür: "Təbiidir ki, ölkədə milli birliyin əldə edilməsində, siyasi, sosial-iqtisadi və digər sahələrdə islahatların sürətləndirilməsində əsas yük iqtidarın və indiki dönəmdə onu formalaşdıran YAP-nın üzərinə düşür".
Partiya sədri qeyd edib ki, tədbirdə çıxış edən YAP-nın sədri, Prezident İlham Əliyev ölkəmizdə baş verən proseslərdə, həm siyasi, həm də social-iqtisadi və hərbi sahələrdə aparılan islahatlarda iqtidar partiyası olaraq YAP-nın, onun ilk lideri, mərhum Heydər Əliyevin, xüsusi rol oynadığını diqqətə çatdırdı və bundan sonra da özünün rəhbərliyi altında YAP-nın Heydər Əliyevin siyasətini davam etdirəcəklərini bəyan etdi:
"Son illər, xüsusilə 2003-cü ildən sonra, ölkəmisdə aparılan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə aparılan islahatlar sayəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, iqtisadi və hərbi cəhətdən regionumuzun ən qüdrətli dövlətinə çevrilmiş, beynəlxalq aləmdə mövqeyimiz xeyli dərəcədə möhkəmlənmişdir. Ancaq qeyd edilən tədbirdə İlham Əliyevin dediyi kimi: "Bu gün hələ də görüləsi işlərimiz çoxdur. İqtisadiyyatımızın səffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə-bütün bunlar gündəlikdə duran məsələlərdir". Hakimiyyət strukturlarında, iqtisadiyyatın aparıcı sahələrində rəhbər vəzifə daşıyan şəxslərin mütləq əksəriyyətinin YAP-nın üzvülərinin olduğu nəzərə alınaraq demək olar ki, İlham Əliyevin qeyd etdiyi neqativ halların aradan qaldırılmasında əsas məsuliyyət YAP-nın üzərinə düşür. Ümid edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəkdir".
Süleyman