Qarabağa Böyük Qayıdış qısa müddətdə təmin olunacaq - ÖZƏL
24 Noyabr 2022 12:05 Siyasət"Azərbaycan işğaldan azad edilmiş ərazilərə üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın Böyük Qayıdışını qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir". Bu fikirləri "OLAYLAR"-a Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev Böyük Qayıdışa dair I Dövlət Proqramı barədə fikirlərini bölüşərkən səsləndirib. O qeyd edib ki, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri öz əksini tapıb: "Bundan başqa Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər də yer alıb ki, bu da işğaldan azad edilən ərazilərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcək".