Serbiya prezidentinin dediyi fikirlər dövlət başçımızın şəxsiyyətinin xarakterini parlaq şəkildə ifadə edir - ÖZƏL
24 Noyabr 2022 11:25 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb. Belqrad şəhərinin "Nikola Tesla" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı. Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı ona göstərilən xüsusi münasibət siyasi icmalçılar tərəfindən yüksək qiymətləndirilir. Millət vəkili Musa Qasımlı qeyd edib ki, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin dediyi aşağıdakı fikirlər Prezident İlham Əliyevin dövlət rəhbərimiz olaraq şəxsiyyətini xarakterizə, Azərbaycan dövlətinin fəaliyyətini parlaq şəkildə ifadə edir və minilliklər bundan sonrakı tariximizə işıq tutur: "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir".