Ermənistan və KTMT arasında gərginlik İrəvanın əleyhinə olacaq - ÖZƏL
24 Noyabr 2022 11:13 Siyasət"Irəvanda KTMT liderlərinin görüşü başa çatdı. Paşinyanın son istəyi təşkilat tərəfindən sərhəddə yaşananlarla bağlı yekun Bəyanatın verilməsi və KTMT - nin fors - major vəziyyətlərdə çevik reaksiya mexanizminin hazırlanması ilə bağlı qərarın qəbul edilməsi idi". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, hər iki məsələ ilə bağlı yekun nəticəyə gəlinmədi: "KTMT liderləri Paşinyanın - Azərbaycan ordusu 13 - 14 sentyabr tarixlərində irəlilədiyi ərazilərdən geri çəkilməlidir" tələbini rədd etdilər. Bundan başqa, Sammitdə Lukaşenko növbəti dəfə Paşinyanı ciddi şəkildə tənqid edib, Ermənistanda ABŞ-ın biolaboratoriyasının olmasına eyham vurub və İrəvanı Azərbaycan ilə sülh müqaviləsi imzalamağa çağırıb. Bu azmış kimi, O, Paşinyanın qonaqların şərəfinə verdiyi ziyafətə qatılmayaraq Qaqik Sarukyanın evinə qonaq gedib.Beləcə, Ermənistanın hakimiyyətinin İrəvan küçələrində hazırladığı KTMT üzvlərini manipulyasiya etməyi nəzərdə tutan bir tərəfdən antiRusiya, digər tərəfdən Rusiyapərəstlərin mitinqləri də Nikolun imdadına çatmayıb. Üstəlik, Peskov Paşinyan bəzi məsələlərdən narazı olsa da ölkəsi KTMT də qalacaq bəyanatını verib. Hər halda, əla alındı. Yekun sənədlə bağlı Paşinyanın istəyi rədd edildi. Ermənistan və onlar arasında gərginlik İrəvanın əleyhinə olacaq. Bircə aspektdə Nikol diqqətli olmalıdır. Vardanyan ikinci İvanişvili ola bilər".