"2023-cü ildə Qarabağda silahlı erməni birləşmələri qalmayacaq" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki:

"2023-cü ildə Qarabağda silahlı erməni birləşmələri qalmayacaq. Azərbaycan bütün variantlardan istifadə edib buna nail olacaq. Bəllidir ki, danışıqlar yolu ilə bu mümkün görünmür. Qarabağda silahlı erməni birləşmələri qaldıqda bu Azərbaycan üçün çox ciddi təhlükəsizlik problemidir. Birinci, ermenilər mütəmadi ərazilərimizi atəşə tutacaq. İkinci, Rusiya bundan istifadə edib Azərbaycana təzyiq edəcək. Üçüncü, separtizmin inkişafi olacaq.

Ona görə də növbəti ildə Azərbaycan Qarabağda silhahli erməni birləşmələrinin varlığına son qoyması mütləq lazımdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31