"Rusiyanın məğlubiyyəti Cənubi Qafqazdan çıxması ilə nəticələnəcək" - ÖZƏL
23 Noyabr 2022 19:49 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki:
"Rusiya Ukrayna silahlı qüvvələrinə qarşısında məğlub olduqca Kiyev və digər şəhərlərin enerji infrastrukturuna raket zərbələri endirir. Bununla Ukraynanın müqavimətini qırmağa çalışır. Sadəcə, bu Kremlin isteriyasıdı və yaxın perspektivdə Mariupol və Zaparojyedən çıxmağa məcbur qalacaq. Kollektiv Qərblə qarşıdurmada Rusiya məğlubiyyətə düçar olur. Ukrayna Rusiyanın sərhəd şəhərlərini raket atəşinə tutması gözlənilir. Amma, bu lokal miqyasında olacaq. Çünki Rusiya ordusunun şəxsi heyəti geniş miqyasda ruh düşkünlüyünə malikdir və ədalətsiz müharibədə iştirak etmək istəmir. Əgər, Ukrayna Rusiyanın şəhərlərinə geniş raket zərbələri endirərsə, bu ordunun şəxsi heyətinin və digər ərazilərdə könüllü orduların yaradılması Ukraynaya qarşı müharibənin miqyasını dəyişə bilər.
Rusiyanın Ukraynada məğlubiyyəti Cənubi Qafqazdan çıxması ilə nəticələnəcək. Moskva bunun fərqindədir. Ona görə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır. Həmçinin Qarabağda silahlı erməni birləşmələrinin atəşkəsi pozmasıni təşviq edir."