İlham Əliyev: Serbiya və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir-birini dəstəkləyir

Serbiya ilə Azərbaycan hər zaman beynəlxalq arenalarda bir-birini müdafiə edir, dəstəkləyir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir. Bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31