İlham Əliyev: Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar
23 Noyabr 2022 16:02 SiyasətSerbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.
"Biz sözün əsl mənasında strateji tərəfdaşıq", - deyən dövlətimizin başçısı bildirib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31