Türk şirkəti Ermənistanda tenderə qatılıb - ÖZƏL
23 Noyabr 2022 15:28 SiyasətErmənistanın Yerkir.am portalının məlumatına görə, Qarakilsə- Qacaran yolunun tikintisi ilə bağlı tenderdə Türkiyənin "Kolin İnşaat" şirkəti də iştirak edəcək.
"OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, əslində məntiqli addımdır: "Onsuz da tez, ya gec tarixi torpaqlarımızda yolları yeniləməli idik. Ermənistan hökuməti kommersiya sirlərinə istinad edərək hələlik bu məlumatı təkzib və ya təsdiq etməyib".
Ədalət Verdiyev hesab edir ki, türklər tenderi qazansalar, Laçın dəhlizinə alternativ yolun inşaatında azərbaycanlılara kömək edən erməniləri də işə götürsünlər: "Onların maaşlarını da manatla ödəsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31