AŞ PA nümayəndələri Ali Məhkəmədə olublar
23 Noyabr 2022 15:11 SiyasətAŞPA-nın nümayəndə heyəti ilə növbəti görüş Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərovla keçirilib. "Olaylar" xəbər verir ki, Ç. Əsgərov ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə məlumat verib. Ali Məhkəmə sədrinin müavini bildirmişdir ki, kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması səlahiyyətlərinə toxunan Çingiz Əsgərov qeyd etmişdir ki, Ali Məhkəmənin kollegiyaları tərəfindən bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərardadlar qəbul edilib. Həmçinin Ali Məhkəmənin sədr müavini vurğulamışdır ki, son zamanlar aparılmış islahatlar nəticəsində məhkəmələrin fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələrinə əsasən ölkəmizdə vətəndaşların məhkəmələrə inamı və etimadı daha da artmışdır.

