Adil Əliyev idmançılarla görüşüb
23 Noyabr 2022 14:18 SiyasətMilli Məclisin sədr müavini Adil Əliyev idmançılarla görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə sədr müavini özü məlumat verib: "Milli Məclisdə növbəti dəfə ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılarımızla görüşdük. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı nəticəsində ölkəmiz dünyada idman ölkəsi olaraq tanınır. İdmançılarımızın qazandıqları nailiyyətlər, ölkəmizin olimpiadalara və idman yarışlarını yüksək səviyyədə təşkil etməsi idmanı Azərbaycanın brendlərindən birinə çevirmişdir. Qəhrəmanlarımızın döyüş meydanında qazandığı tarixi Zəfər, idmançılarımızın isə peşəkar yarışlardakı uğurları onu deməyə əsas verir ki, Azərbaycan xalqına yalnız Qələbə yaraşır".