Ermənistanı təxribata təhrik edənlər - ÖZƏL
23 Noyabr 2022 13:57 Siyasət"Son bir neçə gündə yenidən başlanan və getdikcə daha da intensivləşən erməni təxribatları növbəti böyük müharibənin anonsundan xəbər verir". Bu fikirləri "OLAYLAR"-a tarixçi Anar İbrahimov səsləndirib. O bildirib ki, Ermənistanı buna təhrik edənlər açıq şəkildə məlumdur:
"Başda Rusiya,Fransa və molla İran rejimi olmaqla.Xain qüvvələr Azərbaycan torpaqlarından haylara yeni ərazilər hədiyyə etmək və regionu müharibə vəziyyətində qan gölünə çevirmək planları cızırlar".
Anar İbrahimov deyib ki,belə gərgin dönəmdə qardaş Türkiyə və Pakistanın yardımına və İsraillə əməkdaşlığa böyük ehtiyacımız var: "Bizi, mübariz xalq olaraq haqlı yolumuzdan döndərmək əsla mümkün deyil. Bu xalq vəhdət halında birləşdikdə mövzu vətəndirsə gerisi təfərrüat olur".